"Arsenal" yeni futbolçu transfer edir

"Arsenal” klubu heyətinə yeni futbolçu qatacaq.

Sport7.az xəbər verir ki, London təmsilçisi Belçika "Anderlext”inin yarımmüdafiəçisi Albert-Mboyo Lokonqanın keçidini razılaşdırıb. Premyer Liqa təmsilçisi futbolçu üçün 22 milyon avro ödəyəcək. Onunla 5 illik müqavilə imzalanacaq. 

Lokonqa ötən mövsüm 37 oyunda 3 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR