"Arsenal"a 2 milyard funt-sterlinq təklif ediləcək

"Spotify” şirkətinin yaradıcısı və rəhbəri Daniel Ek "Arsenal”ı almaq üçün növbəti təklifini hazırlayıb.

Sport7.az xəbər verir ki, isveçli iş adamı Premyer Liqa təmsilçisi üçün 2 milyard funt sterlinq ödəməyə hazırdır.

Bunun üçün də Ek London klubunun hazırkı sahibi Sten Kronke ilə danışıqları davam etdirəcək. 1,8 milyardlıq təklifi qəbul olunmayan skandinaviyalı qiyməti 200 milyon artırmağı lazım bilib.

"Spotify” şirkəti 2006-cı ildə yaradılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR