"Atletiko" rəhbərliyi bu futbolçuları satır

"Atletiko” 5 futbolçusunu satmağa qərar verib.

Sport7.az xəbər verir ki, bu oyunçulardan ikisinin adı bəllidir. Söhbət Saul Niqes və Xose Mariya Ximenesdir. Madrid təmsilçisinin digər üç oyunçusu da əsas komandanın üzvləridir. Onların beşi də transferə çıxarılacaq.

Paytaxt klubunun Fransa "Lion”undan icarəyə götürdüyü Mussa Dembelenin taleyinə isə hələ aydınlıq gəlməyib. Onun anlaşmasında futbolçunun sonradan alınması barədə bənd də var.

"Atletiko” 18 yaşlı uruqvaylı hücumçu Matias Aresonu almağa yaxındır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR