ATP FİNALS: Endi və Kei yarımfinalda

ATP FİNALS: Endi və Kei yarımfinalda

Beləliklə, ATP Finals turnirinin son yarımfinalçıları da bəlli olub. "John McEnroe” qrupundan yarımfinala Endi Marrey (Böyük Britaniya) və Kei Nişikori (Yaponiya) yüksəlib.

Endi Marrey qrupun son görüşündə Stanislas Vavrinkanı (İsveçrə) məğlub edib. Yarımfinala yüksəlmək üçün sadəcə bir setə ehtiyacı olan Marrey, iki setdə qalib gəlib, 6-4 6-2.

Matç 1 saat 26 dəqiqə davam edib. Marrey 3 eys (Stan 7 eys), 2 ikili səhvə (Stan 1 ikili səhv) imza atıb. Rəqib servisində 3 dəfə fərqlənən Marrey servisində uduzmayıb. Ümumi oynanılan 118 xalın 67-i Marreyin aktivində qalıb.

Nişikori məğlub olsa da, yarımfinala yüksələn ikinci tennisçi olub. Beləki, Marrey ilə görüşdə qazandığı bir set artıq onun yarımfinala yolunu açmışdır. Günün son görüşündə Kei üç setdə Marin Çiliçə (Xorvatiya) məğlub olur.

1 saat 53 dəqiqənin yekununda Marin 3-6 6-2 6-3 hesabı ilə qalib gəlir. 16 dəfə eys edən Marrey 2 ikili səhvə yol verib, 4 dəfə breyk etməyə nail olub. Kei öz növbəsində 1 eys, 2 ikili səhv, 2 breyk ilə yadda qalıb.Görüşdə 151 xal oynanılıb və Marin 82-ində üstün olub.

Bununlada yarımfinalda Novak Cokoviç (Serbiya) Kei Nişikori (Yaponiya) ilə, Endi Marrey (Böyük Britaniya) isə Miloş Raoniç (Kanada) ilə üzləşəcək.

Heydər Rzayev

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR