Australian Open: Serena ikinci mərhələdə davam edəcək

Australian Open: Serena ikinci mərhələdə davam edəcək

Serena Uilliams (ABŞ) 7-ci Avstraliya titulu uğrunda mübarizəyə qoşulub. Serena ilk raundda ötən mövsümün sonunda reytinqdə geriləyən Belinda Bençiç (İsveçrə) ilə üzləşib.

Sabiq TOP 10 tennisçisi Bençiç Serenaya qarşı müqavimət göstərməyə çalışsa da, Serena iki setdə növbəti mərhələyə addımlaya bilib. Serena 6-4 6-3 hesablı qələbəsini aktivinə 1 saat 19 dəqiqəyə yaza bilib.

Matçda 8 eys və 4 ikili səhv ilə fərqlənən Serena, oynanılan 117 xalın 65-i aktivinə yaza bilib. Servisində rəqibinə 2 dəfə uduzan Serena, 4 dəfə Bençiçin servisində üstün ola bilib.

Növbəti mərhələyə keçənlər arasında Karolina Plişkova (Çexiya), Aqneşka Radvanska (Polşa), Yohanna Konta (Böyük Britaniya) və Dominika Tsıbulkova (Slovakiya) kimi tennisçilər də var.

Kişilərin yarışında bütün diqqət Novak Cokoviç (Serbiya) - Fernando Verdasko (İspaniya) görüşündə idi. Novak növbəti dəfə ilk raundda çətin rəqib ilə üzləşməli idi. Novak Serena kimi 7-ci Avstraliya titulu uğrunda turnirə qatılıb və ilk raundu Verdasko üzərində 6-1 7-6 (7/4) 6-2 qələbə ilə keçib. 
2 saat 20 dəqiqə davam edən bu görüşdə Novak 2 eys və 2 ikili səhvə imza atıb. 24 təmiz xal qazanan Novak, 34 dəfə sadə səhvə yol verib. Ümumi 200 xal oynanılan bu görüşdə Novak 115 xal qazanmağa müvəffəl olub. 

Rafael Nadal (İspaniya), Miloş Raoniç (Kanada), Qriqor Dimitrov (Bolqarıstan), Aleksandr Zverev (Almaniya), David Ferrer (İspaniya) və David Qoffin (Belçika) ikinci mərhələyə keçən tennisçilər arasındadırlar.

Heydər Rzayev


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR