AVRO-2020: Bütün 1/4 finalçılar müəyyənləşdi

AVRO-2020: Bütün 1/4 finalçılar müəyyənləşdi

Bu gün Avro-2020-nin 1/8 final mərhələsinə yekun vurulub

Sport7.az xəbər verir ki, son iki qarşılaşma İngiltərənin paytaxtı Londonda və Şotlandiyanın Qlazqo şəhərində gerçəkləşib. Günün ilk matçında İngiltərə və Almaniya yığmaları üz-üzə gəlib. Bu qarşılaşma ingilislərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Günün son matçında isə İsveç və Ukrayna komandaları qarşılaşıb. Qlazqodakı "Hempden Park" stadionundakı görüşün əsas vaxtı 1:1 bərabərliklə yekunlaşdığından əlavə vaxta ehtiyac olub. Burada da Ukrayna qol vuraraq matçı qalib tərəf kimi başa vurub.

Beləliklə 1/4 final mərhələsində Ukrayna İngiltərə ilə qarşılaşacaq.
 
1/4 final mərhələsinin qalan 3 görüşündə İsveçrə - İspaniya, Belçika - İtaliya, Çexiya - Danimarka duellərinə şahidlik edəcəyik. Çexiya - Danimarka görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək.

29 iyun

Avropa çempionatı, 1/8 final mərhələsi

20:00. İngiltərə - Almaniya 2:0
(Sterlinq, 75, Keyn, 86)

Baş hakim. Denni Makkeli (Niderland)
London. "Uembli" stadionu

23:00. İsveç - Ukrayna 1:2
(Forsberq, 43 - Zinçenko, 27, Dovbik, 120+1)

Baş hakim: Daniele Orsato
Qlazqo. "Hempden Park" stadionu

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR