AVRO-2020: Bakıda bərabərlik, Danimarka və Rusiya evində məğlub oldu

AVRO-2020: Bakıda bərabərlik, Danimarka və Rusiya evində məğlub oldu

Bu gün futbol üzrə Avropa çempionatında daha üç oyun keçirilib.

Sport7.az xəbər verir ki, matçların biri A, ikisi isə B qrupunda baş tutub. A qrupundakı Uels - İsveçrə görüşü Bakı Olimpiya Stadionunda keçirilib. Azərbaycan paytaxtında gerçəkləşən ilk qarşılaşmada 2 qol vurulsa da qələbə qazanan olmayıb. Həm İsveçrə, həm də Uels meydandan 1 xalla ayrılmaq məcburiyyətində qalıb. 

B qrupunda turnirin iddialı komandalarından, hazırda FIFA reytinqində ilk pillədə qərarlaşan Belçika Rusiya ilə, Danimarka isə Avropa çempionatının debütantı Finlandiya ilə üz-üzə gəlib. Danimarkada keçirilən görüşdə meydan sahibləri minimalhesablı məğlubiyyətə uğrayıb. Belçika isə rusları elə öz evində 3:0 hesablı məğlubiyyətə düçar edib.

Avropa çempionatı

A qrupu, I tur

17:00. Uels - İsveçrə 1:1
(Mur, 74 - Embolo, 49)

Hakimlər: Kleman Türpen, Nikolya Dano, Siril Qrenqor (Fransa)
Dördüncü hakim: Srcan Yovanoviç (Serbiya)
Bakı. Bakı Olimpiya Stadionu

B qrupu

20:00. Danimarka - Finlandiya 0:1
(Pohyanpalo, 60)

23:00. Belçika - Rusiya 3:0
(Lukaku, 10, 88, Munier, 34)

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR