AVRO-2020: Final matçının təyinatları müəyyənləşdi

AVRO-2020: Final matçının təyinatları müəyyənləşdi

AVRO-2020-də İtaliya və İngiltərə yığmaları arasında baş tutacaq final matçını idarə edəcək hakimlər müəyyənləşib.

Sport7.az xəbər verir ki, görüşü niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək. Ona yan xətt hakimləri Sander van Rukel və Ervin Zeynstra köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Bastian Dankert yerinə yetirəcək.

İyulun 11-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR