AVRO-2020: İngiltərə, Xorvatiya və Çexiya qrupdan çıxdı

AVRO-2020: İngiltərə, Xorvatiya və Çexiya qrupdan çıxdı

Bu gün Avro-2020-nin qrup mərhələsinin III turunda daha 2 oyun keçirilib.

Sport7.az xəbər verir ki, hər iki qarşılaşma D qrupunda baş tutub. Çexiya və İngiltərə "Uembli" stadionunda üz-üzə gəlib. Bu matçda ingilislər 1:0 hesablı qələbə qazanıb.
 
Qrupun digər oyununda son dünya çempionatının finalçısı Xorvatiya Şotlandiya ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.
 
Bu nəticələrdən sonra İngiltərə 7 xalla qrup lideri, Xorvatiya 4 xalla 2-ci yerin sahibi kimi 1/8 finala yüksəlib. Xorvatiyadan yalnız top fərqində geri qalan Çexiya 4 xalla 3-cü yeri tutaraq, öz qruplarını eyni pillədə başa vurmuş Ukrayna və Finlandiyadan daha çox xal toplaması səbəbindən mərhələ adlayıb. Şotlandiya isə 1 xalla qrup sonuncusu olub və mübarizəni dayandırıb.

Avropa çempionatı, qrup mərhələsi, 3-cü tur
 
22 iyun
 
D qrupu
 
23.00. Çexiya - İngiltərə 0:1
(Sterlinq, 12)
 
Baş hakim: Artur Diaz (Portuqaliya)
London, "Uembli" stadionu. 
 
23.00. Xorvatiya - Şotlandiya 3:1
(Vlaşiç, 17, Modriç, 62, Perişiç, 77 - Makqreqor, 42)
 
Baş hakim: Fernando Andres Rapallini (Argentina)
Qlazqo, "Hampden Park" stadionu

İngiltərə - 7, Xorvatiya - 4, Çexiya - 4, Şotlandiya - 1

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR