AVRO-2020: İspaniya və İtaliyadan qələbə  YENİLƏNİB

AVRO-2020: İspaniya və İtaliyadan qələbə YENİLƏNİB

Bu gün AVRO-2020-nin 1/4 final mərhələsinin oyunlarına start verilib. 

Sport7.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
 
Öncə Rusiyanın Sankt-Peterburq şəhərində İsveçrə İspaniya ilə üz-üzə gəlib. İspanlar 1:1 hesabıyla bitən oyunda penaltilər seriyasında daha dəqiq oynamaqla qələbə qazanıblar.  
 
Daha gec saatda isə qitə birinciliyinin erkən finalı hesab edilən Belçika - İtaliya matçı baş tutub. Futbol həvəskarlarının böyük maraqla gözlədiyi bu qarşılaşma Münhendə oynanılıb. 90 dəqiqənin sonunda gülən tərəf italyanlar olub.
 
1/4 final mərhələsinin qalan iki oyunu bu gün keçiriləcək.
 
AVRO-2020
1/4 final
2 iyul
 
20:00. İsveçrə – İspaniya 1:1, penaltilərlə 1:3
Baş hakim: Mayk Oliver (İngiltərə)
Sankt-Peterburq. "Zenit” stadionu.
 
23:00. Belçika – İtaliya 1:2
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen. "Alyans Arena”.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR