AVRO-2020: Türkiyə məğlub oldu, İtaliya qələbə qazandı

AVRO-2020: Türkiyə məğlub oldu, İtaliya qələbə qazandı

Bu gün Avropa çempionatının qrup mərhələsində sonuncu - 3-cü tura start verilib.

Sport7.az xəbər verir ki, A qrupunda keçirilən hər iki oyun eyni vaxtda başlayıb. Türkiyə İsveçrəyə məğlub olmaqla, AVRO-2020-ni qələbəsiz başa vurdu. İtaliya isə keçirdiyi 3-cü matçda da qələbə qazanaraq növbəti mərhələyə 100 faizli nəticə ilə çıxıb.
 
Beləliklə, qrup mərhələsini ilk iki yerdə tamamlayan İtaliya və Uels 1/8 finala yüksəlib.

Avropa çempionatı, 3-cü tur

A qrupu

20:00. İsveçrə - Türkiyə 3:1
(Seferovic, 6, Şaqiri, 26, 68 - Kahveci, 62)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Bakı Olimpiya Stadionu.

20:00. İtaliya - Uels 1:0
(Pessina, 39)

Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
Roma, "Olimpiko" stadionu.

İtaliya - 9, Uels - 4, İsveçrə - 4, Türkiyə - 0

Bakı Olimpiya Stadionu AVRO-2020-də artıq 2 oyuna ev sahibliyi edib. Daha əvvəl bu arenada baş tutan matçlarda Uels İsveçrə ilə 1:1 hesablı heç-heçə edib, Türkiyə isə Britaniya təmsilçisinə uduzub - 0:2. Bundan başqa, 1/4 finalın bir oyunu da BOS-da olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR