AVRO-2020: İspanlar 1/4 finalda, Fransa AVRO-2020 ilə vidalaşdı

AVRO-2020: İspanlar 1/4 finalda, Fransa AVRO-2020 ilə vidalaşdı

Bu gün Avro-2020-nin 1/8 final mərhələsi çərçivəsində daha 2 oyun keçiriləcək.

Sport7.az xəbər verir ki, günün ilk matçı Xorvatiya və İspaniya yığmaları arasında keçirilib. Kopenhagendəki "Parken" stadionunda baş tutan görüşün 90 dəqiqəsi 3:3 hesabı ilə başa çatdığından yarımsatlıq əlavə vaxta ehtiyac duyulub. Məhz əlvə vaxtda ispanlar rəqib qapısının torunu daha 2 dəfə silkələməklə 1/4 finala vəsiqəni təmin edib.

Günün son matçında isə Fransa və İsveçrə üz-üzə gəlib. Əsas və əlavə vaxtı 3:3 hesabı ilə bitən matçda qalib penaltilər seriyasında müəyyənləşib. İsveçrə penaltiləri daha dəqiq yerinə yetirərək (5:4) fransızları AVRO-2020-dən evə əliboş göndərib.

28 iyun

Avropa çempionatı, 1/8 final mərhələsi

20:00. Xorvatiya - İspaniya 3:5
(Pedri, 20, Orşiç, 85, Paşaliç, 90+2 - Sarabiya, 38, Azpilikueta, 57, Torres, 77, Morata, 100, Oyarzabal, 103)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Kopenhagen, "Parken" stadionu

23:00. Fransa - İsveçrə 3:3 (Penaltilər seriyası - 4:5)
(Benzema, 57, 59, Poqba, 75 - Seferoviç, 15, 81, Qavranoviç, 90) 

Baş hakim: Fernando Rapallini (Argentina)
Buxarest, "Milli Arena" stadionu
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR