Avroliqa matçında meydana lüt girən azarkeş həbs olundu - FOTOLAR

Avroliqa matçında meydana lüt girən azarkeş həbs olundu - FOTOLAR

Avroliqanın 1/4 final mərhələsinin ilk görüşləri çərçivəsində "Qranada" və "Mançester Yunayted" arasındakı matçda meydana paltarsız girən iş adamı Olmo Qarsiya həbs olunub.

Sport7.az xəbər verir ki, bu haqda "Marca" nəşri yazıb. Onun həbsinə analoji hərəkəti Qranada şəhərindəki məktəblərdən birinin qarşısında təkrarlaması səbəb olub.
 
Hadisə bu gün səhər saatlarında baş verib. Onun yetkinlik yaşına çatmamış uşaqların qarşısına paltarsız çıxması görənləri təşvişə salıb. Dərhal polisə xəbər verən ətrafdakı insanlar Qarsiyanın saxlanılmasına nail olublar. İspaniyalı iş adamının barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
 
Təkcə Avroliqa matçında deyil, ümumiyyətlə tez-tez müxtəlif yerlərdə lüt halda görünməsi ilə məşhur olan Qarsiya Qranadada idman qidasının satışı ilə məşğuldur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR