Avroliqada finalçılar bu gün müəyyənləşəcək

Avroliqada finalçılar bu gün müəyyənləşəcək

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Sport7.az xəbər verir ki, bununla da qitənin ikinci dərəcəli klub turnirində finalçılar müəyyənləşəcək. İngiltərə təmsilçilərindən "Arsenal" İspaniyada 1:2 hesabı ilə uduzduğu "Vilyarreal"ı bu dəfə Londonda qəbul edəcək. Yarımfinalın digər oyununda isə "Mançester Yunayted" İtaliyada "Roma"nın qonağı olacaq. 

UEFA Avropa Liqası, yarımfinal, cavab oyunları

23:00. "Arsenal" (İngiltərə) - "Vilyarreal" (İspaniya) (İlk oyun - 1:2)
23:00. "Roma" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə) (İlk oyun - 2:6)

Avroliqanın finalı mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR