Avropa çempionatında ölkəmizi təmsil edəcək qadın güləşçilər müəyyənləşdi

Avropa çempionatında ölkəmizi təmsil edəcək qadın güləşçilər müəyyənləşdi

Bu gün qadın güləşi üzrə yığmamız Polşaya yollanacaq.

Sport7.az xəbər verir ki, millimiz Varşavada keçiriləcək Avropa çempionatında iştirak edəcək. Qitə birinciliyində ölkəmizi baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Tatyana Varansova (53 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcək. 

Yarışın proqramına əsasən, aprelin 20-də qadın güləşində bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün Mariya Stadnik, Elis Manolova və Səbirə Əliyeva, aprelin 22-də isə Tatyana Varansovayla İrina Netreba mübarizəyə start verəcək.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR