Avropa çempionatında yarışacaq karateçilərimiz müəyyənləşdi

Avropa çempionatında yarışacaq karateçilərimiz müəyyənləşdi

Azərbaycan karateçiləri 19-23 May tarixlərində Xorvatiyanın Poreç şəhərində Böyüklərin 56-cı Avropa çempionatı və Para-Karate çempionatında iştirak edəcəklər. 

Sport7.az xəbər verir ki, qitə çempionatında Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi 23 idmançıdan ibarət heyət mübarizə aparacaq. Heyətdə həmçinin federasiyanın vitse-prezidenti Rəhman Hətəmov, baş məşqçilər Qurban Tağıyev (kumite, kişilər), Denis Morozov (kumite, qadınlar) və Vahid Ayvazov (kata və para-karate), böyük məşqçilər Şahin Xudaverdiyev, Seymur Hüseynov və Rəşad Hüseynov (kumite), beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov, Anar Allahverdiyev, Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov, AMKF-in katibi Bikə Qurbanova və həkim-massajçı Marina Kuzmina yer alıb.

Fərdi kumite yarışlarında Firdovsi Fərzəliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), Pənah Abdullayev (-84 kq) və Asiman Qurbanlı (+84 kq), həmçinin Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 (kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) tatamiyə çıxacaq. Məşqçilər komanda yarışlarında Tural Ağalarzadə, Rafael Ağayev, Pənah Abdullayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Ayxan Mamayev və Turqut Həsənovdan ibarət heyətin tatamiyə çıxmasını məqbul sayıb. Qadınların komanda heyətində isə Nuranə Əliyeva, İlahə Qasımova, İrina Zaretska və Fəridə Əliyevanın çıxışı nəzərdə tutulsa da, fərdi yarışların nəticəsinə əsasən onlardan birini Fəridə Abiyeva əvəz edə bilər.

Kata üzrə fərdi yarışlara Roman Heydərov və Neda Rezai, komanda çıxışlarına isə Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyət qatılacaq. 

Para-Karate çempionatında Eldar Əhmədov, Sahib Əhədov, Ülvi Zeynallı, Lazım Allahverdiyev və Emiliya Mitilinova çıxış edəcək. 

Tokio Olimpiadasına lisenziya xalları verən Avropa çempionatında 47 ölkədən 513 karateçi, Para-Karate çempionatında isə 15 dövlətdən 49 idmançı yarışacaq.

Qitə çempionatından əvvəl, 18 May tarixində Avropa Karate Federasiyasının (EKF) növbəti Konqressi keçiriləcək. Yığıncaqda beynəlxlaq təşkilatın rəhbər orqanları və idaredici komitələrinə seçkilər olacaq. EKF İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov konqressə qatılmaqla, rəsmi vəzifələrə namizdələrdən biri kimi seçkilərdə iştirak edəcək. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR