Avropa Klubları Assosiasiyasında yeni rəhbər

Avropa Klubları Assosiasiyasında yeni rəhbər

Fransa PSJ-sinin prezidenti Nasser Əl-Xəlafi Avropa Klubları Assosiasiyasının (ECA) rəhbəri seçilib.

Sport7.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Nasser Əl-Xəlafinin bu vəzifədə Avropa Super Liqası ilə bağlı istefa vermiş "Yuventus”un prezidenti Andrea Anyellini əvəzlədiyi bildirilib.

47 yaşlı Nasser Əl-Xəlafi PSJ-nin 2011-ci ildən rəhbəri olmaqla yanaşı UEFA direktorlar şurasının üzvüdür. O, "beIN Media Group”un baş icraçı direktorudur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR