"Avropa Super Liqasını yaratmaq utancverici fikirdir" - Sabiq "Mançester Yunayted"li

"Mançester Yunayted"in sabiq futbolçusu Rio Ferdinand yeni yaradılan Avropa Super Liqası turniri haqda fikirlərini bildirib.

Sport7.az xəbər verir ki, sabiq müdafiəçi, Avropa Super Liqasına qarşı olduğunu deyib: "Bu 12 klub futbola müharibə elan edib. Bağlı mağaza açıb, hər şeyi pul üzərində qurmaq istəyirlər. Varlılar daha da varlı olacaq, qalanları öləcək? Küçələrdə futbol üçün mübarizə aparan insanlar var. Dünyanın hər yerində insanlar öz klubları üçün çalışır. Bunlar isə öz otaqlarında oturur, danışır və sahib olduqları kiçik fikirləri ilə qərar verirlər.

Avropa Super Liqasını yaratmaq utancverici fikirdir, futbola və rəqabətə qarşıdır. Düşmək, qalxmaq, qazandıqların üçün mükafatlandırmaq, məğlubiyyətlər üçün cəzalandırılmaq futbolun dəyərlərindədir. Bu insanların futbol haqqında zərrə qədər fikirləri yoxdur. Bütün fikirləri pul qazanmaqdır. Onlar futbol dünyasındakı digər klubları düşünmürlər. Bu turnir futbol dünyasına böyük zərər vuracaq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR