Avstriyadan tarixi uğur

Avstriyadan tarixi uğur

Avstriya millisi tarixində ilk dəfə Avropa çempionatının qrupundan çıxıb.

Sport7.az xəbər verir ki, bu, AVRO-2020-də baş verib. Franko Fodanın yetirmələri Ukrayna üzərində 1:0 hesablı qələbə ilə qrup ikincisi olaraq 1/8 finala yüksəlib. Avstriya 1960-cı ildən keçirilən qitə çempionatlarında heç vaxt qrup səddini adlaya bilməyib.

Millinin dünya və Avropa çempionatlarında son belə uğuru isə DÇ-1954-ə təsadüf edib. Həmin vaxt qrupdan çıxan komanda sonda bürünc medal qazanıb. Avstriyalılar 67 ildən sonra qrupdan çıxa bilib.

Düzdür, avstriyalılar DÇ-1978 və DÇ-1982-də birinci qrup mərhələsini adlayıb. Lakin onlar pley-offa yüksələ bilməyib. Həmin vaxt reqlamentə əsasən mübarizə ikinci qrup mərhələsində davam edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR