"Ayaks" çempionluq kubokunu əridib azarkeşlərə payladı - FOTOLAR, VİDEO

35-ci dəfə Niderland çempionluğunu qeyd edən "Ayaks” qeyri-adi addım atıb.

Sport7.az xəbər verir ki, Amsterdam təmsilçisi çempionluq kubokunu əridib və bundan xüsusi suvenirlər hazırlanıb. Çempionluq kubokunun əridilməsindən sonra hazırlanan 42 min ədəd çempionluq ulduzu komandanın azarkeşlərinə paylanılıb.

Söhbət mövsümlük abunə kartına sahib olan amma stadiondan izləyə bilməyən fanatlardan gedir. Bu, baş direktor Edvin van der Sarın klub rəhbərliyi adından verdiyi bəyanatda da əksini tapıb: "Bu mövsüm azarkeşlərsiz oynamalı olduq. Amma daim dəstəyinizi hiss etdik. Həm sosial şəbəkələrdə, həm şəxsi söhbətlərdə bunu gördük. Biz "bu titul sizindir” deyəndə azarkeşlərə sevgimizi nümayiş etdirirdik. Kubokla davranışımız bu sözlərin təsdiqidir. Belə ağır mövsümdən sonra azarkeşlərin qələbəmizin bir parçası olduğunu hiss etməyini istəyirik”.

Niderland Kral Futbol İttifaqı istisna şəklində "Ayaks”a ikinci kubok da təqdim edib.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR