Azərbaycan Avropa çempionatında 3 idmançı ilə təmsil olunacaq

Azərbaycan Avropa çempionatında 3 idmançı ilə təmsil olunacaq

Azərbaycan MMA, Pankration və Qrepplinq federasiyasının Qrepplinq idman növü üzrə yığmasının üzvləri 26-27 aprel tarixlərində Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatında iştirak edəcək.
 
Sport7.az xəbər verir ki, ölkəmiz bu yarışda 3 idmançı ilə təmsil olunacaq. Bunlar Vüsal Qasımov (-71 kq), Nadir İmaməliyev (-77 kq) və Məhəmməd Əhmədzadədir (-84 kq).
 
Yarış zamanı komandaya rəhbərliyi federasiya prezidenti, o cümlədən Ümümdünya Güləş Birliyinin Dünya Qrapplinq Komitəsinin üzvü olan Azad Əsgərov həyata keçirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR