Azərbaycan klubu sponsorlardan dəstək istədi

Azərbaycan klubu sponsorlardan dəstək istədi

Azərbaycanın həvəskar "Füzuli" müraciət xarakterli bəyanat yayıb.
 
Sport7.az xəbər verir ki, klub sponsor axtardığını bildirib. Bu haqda klubun mətbuat xidmətindən açıqlama verilib. Yeni mövsümdən Bakı Futbol Liqasında çıxış etmək istəyən klub dəstəyə ehtiyacı olduğunu bildirib. Müraciətin mətni aşağıdakı kimidir: 
 
"2019-cu ildə Rusiyanın Qroznı şəhərində keçirilmiş Həvəskarlar Arasında III Rusiya Çempionatının gümüş mükafatçısı, 2019-2020-ci il mövsümünün BFL – Bakı Futbol Liqasının qalibi, 2017/2018-ci illər mövsümünün Region Liqasının bürünc mükafatçısı, 2018/2019-cu il mövsümünün isə 1/4 finalçısı olmuş "Füzuli” FK komandası, 2021/2022-ci il mövsümündə də Bakı Futbol Liqasında çıxış etmək niyyətindədir. Lakin bunun üçün komandanın maliyyə sponsoruna ehtiyacı var. 

Ali Baş Komandanın başçılığı altında Şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı yağı düşməndən azad etməsi nəticəsində, artıq "Füzuli” komandası da məcburi köçkün statusu daşımır.

Komandamız bundan sonra da Füzuli rayonunu ölkə birinciliklərində və xaricdə təmsil edərək, öz çox saylı sadiq azarkeşlərini sevindimək və yeni-yeni uğurlar əldə etmək niyyətindədir."
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR