Azərbaycan millisi məğlub oldu

Azərbaycan millisi məğlub oldu

Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Nazare şəhərində təşkil olunan Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, yığma ikinci sınağında Ukrayna seçməsi ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Millinin heyətində Sabir Allahquliyev dubl edib, digər qolu isə Orxan Məmmədov vurub.

Penaltilər seriyasında daha dəqiq oynayan ukraynalılar yekunda 5:4 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Portuqaliyaya 2:7 hesabı ilə uduzub. Yığma sonuncu matçını sabah Almaniyaya qarşı keçirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR