Azərbaycan stadionun ortasından yol çəkilməsiylə bağlı araşdırmalar başladı

Azərbaycan stadionun ortasından yol çəkilməsiylə bağlı araşdırmalar başladı

Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin (SDU) standart ölçülü futbol meydançasının iki yerə bölünərək, ortasından asfalt çəkilməsi ilə əlaqədar araşdırmalara başlayıb.

Sport7.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq, nazirlikdən bildirilib. Məsələ ilə əlaqədar açıqlamanın veriləcəyi əlavə olunub.
"Məsələ ilə bağlı araşdırma gedir, açıqlama veriləcək" deyə sorğuya cavabda vurğulanıb.

Qeyd edək ki, SDU rəhbərliyi meydançanı iki yerə bölərək, ortasından asfalt çəkmələrini bir korpusdan digərinə gediş-gəlişi rahatlaşdırmaq istəkləri ilə əlaqələndirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR