Azərbaycan triatlonçusu Avropa Kubokunun qalibi olub

Azərbaycan triatlonçusu Avropa Kubokunun qalibi olub

Azərbaycanın triatlon yığmasının üzvü Rostislav Pevtsov Ukraynanın Dnipro şəhərində təşkil olunan sprint üzrə Avropa kuboku yarışlarında qızıl medal qazanıb.
 
Sport7.az xəbər verir ki, təmsilçimiz 16 ölkədən 39 triatlonçunun mübarizə apardığı yarışı 51 dəqiqə 20 saniyəlik nəticə ilə başa vurub. Pevtsov 750 metrlik su məsafəsini 9 dəqiqə 23 saniyəyə qət edib.
 
Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 25 dəqiqə 47 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını təmsilçimiz 14 dəqiqə 58 saniyə nəticə ilə tamamlayıb.
 
Kseniya Levkovskaya isə bu il beynəlxalq arenada ikinci mükafatını əldə edib. İdmançımız Şarm əl-Şeyxdə keçirilən Açıq Afrika Kuboku yarışlarında bürünc medal qazanıb.
 
Triatlonçularımız "Tokio 2020” Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün iki il ərzində təsnifat yarışlarında iştirak edirlər və Olimpiadaya lisenziya xalları toplayırlar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR