Azərbaycanın namizəd olduğu dünya çempionatının ev sahibi bilindi

Azərbaycanın namizəd olduğu dünya çempionatının ev sahibi bilindi

Kikboksinq üzrə dünya çempionatının bu il hansı ölkədə keçirilməsinə aydınlıq gəlib.

Sport7.az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Kikboksinq Federasiyasının baş katibi və milli komandanın rəisi Sadıx Bağırov bildirib.
 
Bununla bağlı WAKO-nun (Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyası) irlandiyalı prezidenti Roy Beyker tərəfindən məktub gəlib.

Məktubda bildirilib ki, kikboksinqin bütün üslubları üzrə böyüklər və veteranlar arasında keçiriləcək dünya çempionatı 14-24 oktyabr tarixlərində İtaliyanın Venesiya bölgəsinin Yezolo Lido (və ya Lido di Yezolo) adlı ərazisində baş tutacaq.

Həmçinin bildirilib ki, avqustda Macarıstanın Dyör şəhərində keçirilməli olan uşaqların, yeniyetmələrin və gənclərin Avropa çempionatı ləğv olunub. Bu yarışın yeni məkanı və tarixi barədə qərar WAKO Avropanın Direktorlar Şurası tərəfindən iki həftə ərzində veriləcək.

Qeyd edək ki, dünya çempionatının keçirilməsinə namizədlər arasında Bakı da var idi. Azərbaycandan başqa, Niderland və Monteneqro da namizədlər arasında olduğundan, gənclərin Avropa çempionatına ev sahibliyi bu üç ölkədən birinə veriləcək. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR