Azərbaycanlı döyüşçü erməni vandallığını dünyaya çatdırdı

Azərbaycanlı döyüşçü erməni vandallığını dünyaya çatdırdı

Braziliyanın Spor TV telekanalı azərbaycanlı idmançı Tofiq Musayev haqda reportaj hazırlayıb.

Sport7.az xəbər verir ki, Musayev Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz tərəfindən şəxsən dəvət olunub.

Orada Tofiq Musayev "Zoom” proqramı vasitəsilə Braziliya telekanalına Qarabağ Müharibəsindən, ermənilərin Xocalıda törətdiyi soyqırımından danışıb. Müsahibə zamanı onun II Qarabağ Müharibəsi zamanı leytenant kimi qulluq etməsi də müzakirə olunub.

Qeyd edək ki, Tofiq Musayev Yaponiya və Braziliyada tanınmış sima sayılır. Yaponiyanın "Rizin” təşkilatının Qran Pri kəmərini qazanmış Tofiq orada keçirdiyi son görüşündə braziliyalı idmançılarla – Patriki Freyre və Roberto de Souza ilə qarşılaşıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR