"Azərbaycanlı hakimlərin adına Avropada..." - Stamenkoviç

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasıyla 2:2 hesabıyla bitən qarşılaşmadan sonra "Okjetpes"in qapıçısı Saşa Stamenkoviç PFL-in mətbuat xidmətinin əməkdaşları ilə söhbətləşib.

Sport7.az
xəbər verir ki, "Neftçi"nin sabiq qolkipeti Azərbaycanla bağlı xatirələrini bölüşüb və hakimlərimizin Avropada tanınmasından bəhs edib:

"Antalyada ilk yoxlama oyununa çıxdıq. Nəticədən daha çox oyun keyfiyyətinə fikir verirdik. Azərbaycan millisinə qarşı oynamaq xoş oldu. Heyətdə potensiallı futbolçular var. Onlar daha çox çalışmalıdırlar ki özlərini sübut etsinlər. Yaxşı oyun alındı. Bunda hakimlərin də rolu var. Ümumiyyətlə, Azərbaycan hakimlərinin adına Avropada tez-tez rast gəlirik. Əliyar, Rəhim, Orxan və digərlərini qeyd edə bilərəm. Azərbaycan mənim üçün doğma yerdir, bu ölkənin futbolunu daim uca görmək istəyirəm".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR