Azərbaycanlı məşqçi Ukraynada ən yüksək sertifikata layiq görüldü

Azərbaycanlı məşqçi Ukraynada ən yüksək sertifikata layiq görüldü

Milli komandamızın məşqçisi Ürfan Rzabəyli Avropa Badminton Konfederasiyasının təşkilatçılığı ilə Ukraynanın paytaxtı Kiyev şəhərində təşkil edilən "BEC  Shuttle Time” məşqçilik kurslarını uğurla başa vurub.
 
Sport7.az xəbər verir ki, 7-9 mayda keçirilən təlimlərdə ölkəmizlə yanaşı Fransa, İtaliya və digər ölkələrdən məşqçilik karyerasına yeni başlayan 15 badminton mütəxəssisinə bir sıra praktik və nəzəri məşğələlər keçirilib. 

Məşqçi (trainer), təlimçi (tutor) və müəllim (teacher) kateqoriyaları üzrə imtahan verən Ürfan Rzabəyli kursların ən yüksək sertifikatı hesab olunan "Trainer” sertifikatına layiq görülüb.
 
Bu isə o deməkdir ki, Ürfan Rzabəyli Dünya Badminton Federasiyası ilə Azərbaycan Badminton Federasiyasının birgə əməkdaşlığının nəticəsi olaraq  "BWF Membership Grants Programme 2020” layihəsi çərçivəsində  Lənkəran, Qusar, Bakı, Sumqayıt və Gəncə şəhərlərində idman müəllimləri üçün nəzərdə tutulan "Shuttle Time” proqramında "Trainer” olaraq yerli ixtisaslı mütəxəssis kimi iştirak edə biləcək. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR