Azmun

Azmun "Rostov"u tərk etməyəcək

"Rostov"un futbolçusu Sərdar Azmun mövsümün sonuna kimi klubunu tərk etməyəcək. 

Sport7.az xəbər verir ki, bu barədə İranın Tehran Times qəzeti məlumat yayıb. 

Xəbərdə bildirilib ki, 21 yaşlı futbolçunun "Rostov"dan getmək istəməməsinin səbəbi klubunun Avropa Liqasının 1/16 final mərhələsində iştirakıdır. Bu mərhələdə "Rostov" "Sparta" ilə qarşılaşacaq. 

Qeyd edək ki, Azmun 2012-ci ildən Rusiyada çıxış edir. O, əvvəlcə "Rubin"in, sonra isə "Rostov"un uğurları üçün tər töküb. 

Hazırda davam edən çempionatda iranlı futbolçu 24 matçda və Çempionlar Liqasının 10 oyununda forma geyinib, 6 dəfər fərqlənib. İran millisinin üzvü olan Azmun 22 görüşdə 16 qol vurub. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR