Bakı Olimpiya Stadionu Avropada neçəncidir?

Bakı Olimpiya Stadionu Avropada neçəncidir?

Avropa çempionatında qrup mərhələsinin oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
 
Sport7.az xəbər verir ki, 36 görüşə ümumilikdə 649 320 azarkeş tribunalarda yer alıb.

Ən çox azarkeş Macarıstanın paytaxtə Budapeştdəki 3 oyunda olub. "Puşkaş Arena"da F qrupunun görüşlərini 166 546 tamaşaçı seyr edib. Arenanın tutumu 68 000-dir.
 
Macarıstan və Fransa komandaları arasında məhz bu qrupda gerçəkləşmiş qarşılaşma (1:1) tribunaların ən çox dolduğu matçdır - 55 998.
 
"Sankt-Peterburq Arena"dakı 6 oyunda 107 988 futbolsevər iştirak edib. Danimarkanın paytaxtı Kopenhagen (62 239 azarkeş) bu göstəriciyə görə üçüncü, İngiltərənin paytaxtı London (57 907 azarkeş) dördüncü, Bakı (45 682) isə 5-ci yerdə qərarlaşıb.
 
Qeyd edək ki, Bakı Olimpiya Stadionu (BOS) A qrupunun 3 oyununa ev sahibliyi edib. BOS-da həmçinin 1/4 final mərhələsinin də bir oyunu keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR