Bakıdakı ilk oyun fransalı hakimlərə tapşırıldı

Bakıdakı ilk oyun fransalı hakimlərə tapşırıldı

Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək Uels - İsveçrə oyunu üçün təyinatlar açıqlanıb.
 
Sport7.az xəbər verir ki, qarşılaşma Fransadan olan hakimlər briqadasına tapşırılıb.

Referi Kleman Türpenə Nikolya Dano və Siril Qrenqor köməklik göstərəcək. 4-cü hakim funksiyasını serbiyalı Srcan Yovanoviç yerinə yetirəcək. VAR hakimi isə fransalı Fransua Leteksyedir.
 
İyunun 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - İsveçrə matçı saat 17:00-da başlayacaq.
 
AVRO-2020 iyunun 11-dən iyulun 11-dək olacaq. Bakıda həmçinin Türkiyə - Uels və Türkiyə - İsveçrə oyunları, eləcə də 1/4 final mərhələsinin 1 görüşü təşkil ediləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR