"Barselona" bu transferi açıqladı

"Barselona" yeni transferini açıqlayıb.
 
Sport7.az xəbər verir ki, kataloniya klubu Memfis Depayla 2023-cü ilə qədər müqavilə imzalayıb. Futbolçunun market dəyəri 45 milyon avro qiymətləndirilir. Bu "Barselona"nın cari yay transfer dönəmində keçidini pulsuz reallaşdırdığı üçüncü top futbolçudur. Buna qədər katalonlar "Mançester Siti"dən Serxio Aquero və Erik Qarsiyanı rənglərinə bağlamışdı.

27 yaşlı hollandiyalı hücumçu 2017-ci ilin yanvar ayının 20-i 16 milyon avro qarşılığında İngiltərənin "Mançester Yunayted" klubundan "Lion"a transfer olunmuş və 4 il 6 ay müddətinə müqavilə imzalamışdı.
 
O, "Lion" forması ilə meydana çıxdığı 178 matçda 76 qol və 55 assistlə yadda qalıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR