"Barselona" Kumana görə məhkəməyə müraciət edəcək

"Barselona” 33-cü turda "Qranada” ilə qarşılaşmada hakimə hörmətsizlik etdiyi üçün 2 oyunluq diskvalifikasiyaya məruz qalan baş məşqçi Ronald Kumanın cəzasının azaldılmasına çalışır.
 
Sport7.az xəbər verir ki, bu barədə klub açıqlama yayıb. Açıqlamaya görə rəhbərliyin aprelin 30-dakı apelyasiya şikayəti təmin olunmasa, qərara ikinci dəfə baxılması üçün müraciət ediləcək: "Apelyasiya Komissiyası klubun baş məşqçi Ronald Kuman üçün iki oyunluq cəza ilə bağlı müraciətini rədd etdikdən sonra "Barcelona” ikinci dəfə məhkəməyə müraciət edəcək. Klub şənbə günü "Nou Kamp”da "Atletiko” ilə keçiriləcək oyunda çalışdırıcının texniki zonadakı yerini tutması üçün onun cəzasının dayandırılmasını tələb edəcək”.

Mayın 8-də keçiriləcək "Barselona” – "Atletiko” oyunu Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR