"Barselona" üçün uğursuzluq

"Barselona” İspaniya La Liqasının cari mövsümündə Madrid nəhənglərinə qalib gələ bilməyib.

Sport7.az xəbər verir ki, Ronald Kumanın yetirmələri ilk xalını ötən gün "Atletiko”dan alıb. 0:0 hesablı heç-heçəyədək mövsümün digər üç oyununda Kataloniya təmsilçisi uduzub. "Atletiko”ya ilk dövrədə 0:1 hesabı ilə yenilən "Barselona” "Real”a iki dəfə məğlub olub – 1:3, 1:2.

Barselonanın eyniadlı təmsilçisinin Madridin iki nəhəngini uda bilməməsinə 18 ildən sonra təsadüf olunub. Sonuncu belə hadisə 2002/03 mövsümündə yaşanıb. Onda madridlilər 1 qələbə qazanıb, üç oyun heç-heçə bitib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR