"Barselona" və "Arsenal"dan darmadağın

Bu gün ÇL-in qrup mərhələsinin 3-cü turunun son oyunları keçiriləcək. 

Sport7.az xəbər verir ki, turun mərkəzi oyunu C  qrupunda baş tutacaq. Belə ki, "Barselona" doğma meydanda "Mançester Siti"ni qəbul edəcək. Ümumiyyətlə bu oyunda qalib olan tərəf qrup liderliyini ələ keçirəcək. Digər maraqlı məqam ondan ibarətdi ki, "MS"nin baş məşqçisi vaxtilə məhz "Barselona"nın "sükanı" arxsında olub. 

Digər qruplarda da maraqlı oyunlar baş tutacaq. B qrupunda "Beşiktaş" "Napoli"nin qonağı olacaq.Hazırda 2 xalla qrup ikincisi olan türklər qələbə qazanacağı təqdirdə itlayanarla xal fərqini minimuma endirəcək. Üstəlik qələbə Ukrayna "Dinamo"su ilə "Benfika"nın nəticəsindən asılı olmayaraq "Beşiktaş"ı ikinci pillədə saxlayacaq. 

A qrupunda da "Arsenal"la "PSJ" qrup liderliyi uğrunda mübarizə aparacaq. 4 xalla 1 və 2-ci pilləni bölüşdürən bu komandaların rəqiblərinə nəzər salsaq ingilislərin lider olmaq şansı daha yüksəkdi. 

Elə D qrupunda da əsas mübarizə "Atletiko" ilə "Bavariya" arasında gedir. Hazırda 6 xalla qrup lideri olan ispanlardan fərqli almanların 3 xalı var və qrupliderliyinə doğru irəliləmək üçün mütləq şəkildə PSV üzərində qəələbə qazanmalıdı. "Atletiko"nunsəfərdə oynadığını nəzərə alsaq "Bavariya"nın doğma meydanda qələbə qazanmaq şansı daya yaxşıdı.  

Çempionlar Liqası, qrup mərhələsi, 3-cü tur

A qrupu

"Arsenal” (İngiltərə) – "Ludoqorets” (Bolqarıstan) - 6:0
Qollar: Aleksis, 12, Uollkot, 42, Çemberleyn, 48, Məsut, 56, 83, 87
 
PSJ (Fransa) – "Bazel” (İsveçrə) - 3:0
Qollar: Di Maria, 40, Lukas, 62, Kavani, 90+3 (pen.)

B qrupu

"Napoli” (İtaliya) – "Beşiktaş” (Türkiyə) - 2:3
Qollar: Mertens, 30, Qabbiaddini, 69 - Adriano, 13, Abubakar, 38, 86
 
"Dinamo” (Kiyev, Ukrayna) – "Benfika” (Portuqaliya) - 0:2
Qollar: Salvio, 9 (pen.), Çervi, 55

C qrupu

"Seltik” (Şotlandiya) – "Borussiya” (Mönhenqladbax, Almaniya) - 0:2
Qollar: Stindl, 57, Haan, 77
 
"Barselona” (İspaniya) – "Mançester Siti” (İngiltərə) - 4:0
Qollar: Messi, 17, 61, 69, Neymar, 89

D qrupu

"Rostov” (Rusiya) – "Atletiko” (İspaniya) - 0:1
Qol: Karrasko, 62
 
"Bavariya” (Almaniya) – "PSV Eyndhoven” (Hollandiya) - 4:1
Qollar: Müller, 13, Kimmix, 21, Levandovski, 51, Robben, 84 - Narsinq, 41

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR