"Barselona"nın sabiq futbolçusu "Sabah"da - FOTO

"Sabah” yeni transfer həyata keçirib.
 
Sport7.az xəbər verir ki, Bakı klubu "Barselona”nın sabiq futbolçusu Xuan Kamara ilə anlaşıb. 27 yaşlı vingerlə rəsmi müqavilə sabah imzalanacaq. Klub futbolçunun transferinin müjdəsini də verib. Belə ki "Sabah" sosial şəbəkələrdəki rəsmi səhifələri Kamaranın "Barselona"da oynadığı vaxtlardan bir foto paylaşıb. Fotonun üzərinə "Sabaha saxladıq" başlığı da yazılıb.
 
Kamara "Vilyareal”ın yetirməsidir. O, "Vilyareal”ın B komandasında 70 oyun keçirib və 15 qola imza atıb. Kamara daha sonra "Barselona”nın B komandasına transfer olunub. Burada keçirdiyi 60 matçda 12 qola imza atıb. Bundan sonra o, katalonların əsas komandasına cəlb edilib. Burada meydana çıxmayıb və icarəyə verilib. Vinger "Jirona” və "Reus” klublarında icarə əsasında oynadıqdan sonra "Medz” klubunda transfer olunub. Daha sonra isə o, "Yagelloniya” ilə müqvilə imzalayıb. Belostok təmsilçisi də onun xidmətinə ehtiyac duymayıb və müvafiq olaraq Buxarest "Dinamo”una və "Universtatya Krayova”ya icarəyə göndərilib. Son mövsümü "Universitatya Krayova”nın heyətində 12 matçda meydana çıxıb.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR