"Barselona"nın siyahısındakı hücumçu

"Barselona" bundesliqa təmsilçisi "Ayntraxt"ın 25 yaşlı portuqaliyalı hücumçusu Andre Silvanı transfer etmək niyyətindədir.
 
Sport7.az xəbər verir ki, cari transfer dönəmində heyətini Erik Qarsiya, Emerson Royal, Kun Aquero və son olaraq da Memfis Depay ilə gücləndirən "Barselona" bir mərkəz hücumçu transferini də nəzərdən keçirir.

Kataloniya klubu Andre Silva ilə güclənmək istəyir. Silva hələ "Sevilya"da icarə əsasında çıxış etdiyi dövrdən "Barselona"nın siyahısında idi. 2021/22-ci illər mövsümündə isə bundesliqada keçirdiyi 32 matçda 28 qol vurmağı bacaran Andre Silva özünə olan marağı daha da artırıb. Onun transfer dəyəri 45 milyon avro dəyərləndirilsə də bugünkü vəziyyətə uyğun olaraq 35 milyon avroya da satışı gerçəkləşə bilər.
 
Futbolçunun agenti Xorxe Mendeş futbolçunun bu yay klubunu dəyişərək daha üst səviyyəli bir kluba keçidi üzərində iş aparır və qeyd olunur ki, "Barselona" da hazırda onun danışıqlar apardığı klubların sırasındadır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR