"Barselona"nın yeni transferinin maaşı azaldıldı

Niderlandlı hücumçu Memfis Depay "Barselona”da müqaviləsində göstəriləndən 30 faiz az məvacib alacaq.

Sport7.az xəbər verir ki, 27 yaşlı hücumçu illik 7 deyil, 5 milyon avro qazanacaq. "Barselona"da maliyyə problemləri var və Depay klub rəhbərliyi ilə görüşərək, məvacibinin azaldılmasına razılıq verib.

Depay bir müddət əvvəl Kataloniya təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR