Baş məşqçi ilə yollar ayrıldı

Baş məşqçi ilə yollar ayrıldı

Ukrayna "Şaxtyor”u baş məşqçisi ilə yollarını ayırıb.

Sport7.az xəbər verir ki, Luiş Kaştru Donetsk təmsilçisinin "sükanı arxası”nı tərk edib.

59 yaşlı mütəxəssis komandada çalışdığı müddətdə ölkə çempionluğu qazanıb və Avropa Liqasının yarımfinalına qədər irəliləyib. Onun rəhbərliyi altında 84 matçda 51 qələbə qazanan "Şaxtyor” 16 heç-heçə edib və 17 dəfə uduzub. Cari mövsümdə isə komanda Premyer Liqada 2-ci yeri tutub.

Portuqaliyalı mütəxəssisi hazırda "Sassuolo”nu çalışdıran italiyalı Roberto de Dzerbinin əvəzləyəcəyi gözlənilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR