"Bavariya" Belçika millisinin üzvünü istəyir

"Renn" və Belçika milli komandasının futbolçusu Jeremi Doku karyerasını Almaniyada davam etdirə bilər.

Sport7.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə "Bavariya" yaxından maraqlanır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Münhen klubunun yaxın zamanda Doku üçün Fransa klubuna təklif göndərəcəyi bildirilir.

"Renn"lə müqaviləsi 2025-ci ilin yayına qədər olan Dokunun transfer dəyəri 22 milyon avrodur.

Doku Belçika yığması ilə AÇ-2020-də iştirak edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR