"Bavariya"nın baş məşqçisi qərarını verdi

"Bavariya"nın baş məşqçisi Hans-Diter Flik mövsümün sonunda komandanı tərk etmək istəyir.

Sport7.az xəbər verir ki, bu barədə alman mütəxəssis Bundesliqanın 29-cu turunun "Volfsburq"la matçdan (3:2) sonra öz açıqlamasında deyib. Flik, klub rəhbərliyinə mövsümün sonunda müqaviləsinin ləğv olunmasını istədiyini bildirib.

Almaniya mətbuatının məlumatına görə, Flikin klubun idman direktoru Hasan Salihamiciçlə arasında problem var və o, bu səbəbdən komandadan ayrılmaq istəyir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR