Bədii gimnastlarımız Misirdən medallarla dönür

Bədii gimnastlarımız Misirdən medallarla dönür

18-20 iyun tarixlərində Misirdə bədii gimnastika üzrə "Egyptian Pharaohs cup” adlı beynəlxalq turnir keçirilib.

Sport7.az xəbər verir ki, bu yarışda çıxış edən bədii gimnastlarımız ölkəmizi uğurla təmsil ediblər. Turnirdə Azərbaycan təmsilçiləri - Arzu Cəlilova böyüklər arasında, Alina Məmmədova gənclər yaş qrupunda, Məryəm Əliyeva, Gövhər İbrahimova və Aydan Rəhimova isə yeniyetmələr arasında çıxış edib.

Arzu topla nümayiş etdirdiyi proqramına görə bürünc medal qazanıb.

Yeniyetmələrin yarışlarında A qrupunda çıxış edən Gövhər və Məryəm 2 proqram üzrə qalib olublar. Gövhər gürzlərlə, Məryəm isə topla hərəkətlərdə həmyaşıdlarından fərqlənərək 1-ci olub.

Qızlar çoxnövçülükdə və halqa ilə çıxışlarına görə də fəxri kürsüdə mövqe tutmağı bacarıblar. Hər iki proqram üzrə Gövhər gümüş, Məryəm isə bürünc medala layiq görülüb.

Yeniyetmələrin yarışlarında B qrupunda çıxış edən Aydan isə yarışdığı hər 3 proqramda (çoxnövçülük, alətsiz və halqa) ilk pillədə qərarlaşıb.

Alina gənclərin çoxnövçülük yarışında 45 gimnast arasında 16-cı olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR