Belçika millisinin üzvü

Belçika millisinin üzvü "Lester"lə vidalaşır

Belçika millisinin futbolçusu Yuri Tilemans klubunu dəyişmək fikrinə düşüb.

Sport7.az xəbər verir ki, "Lester”in futbolçusu klubdan ayrılmaq istəyir. 24 yaşlı orta sahə oyunçusu yeni komandasını da müəyyənləşdirib. O, uşaqlıqdan azarkeşlik etdiyi "Liverpul”un formasını geyinmək arzusundadır. Tilemans bu istəyini "Lester” rəhbərliyinə də çatdırıb. "Liverpul”un da oyunçu ilə maraqlandığını nəzərə alsaq, bu keçidin baş tutma ehtimalı yüksək qiymətləndirilir.

Futbolçu İngiltərə klubuna 2019-cu ildə "Monako”dan keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR