"Beşiktaş"da itki, mövsüm onun üçün bitə bilər

"Beşiktaş" ciddi itki ilə üzləşib.

Sport7.az xəbər verir ki, Superliqa təmsilçisinin hücumçusu Vinsent Abubakar sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Abubakar Türkiyə Super Liqasının 35-ci turunda "Sivasspor"la səfər matçında (0:0) zədələnib. "Beşiktaş"ın baş məşqçisi Sərgən Yalçın hücumçunun zədə səbəbindən mövsümün qalan hissəsini buraxa biləcəyini deyib.

Beşiktaş Superliqada 73 xalla liderdir.

Abubakar bu mövsüm meydana çıxdığı 26 oyunda 15 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR