"Bəzi şeylər alınmırdı" - Rəşad Sadıqov

Növbəti mövsümə hazırlkıq çərçivəsində "Sabah"la "Zirə" yoldaşlıq matçında qüvvəsini sınayıb.
 
Sport7.az xəbər verir ki, 0:0 hesabı ilə bitən görüşdən sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov fikirlərini açıqlayıb. Mütəxəssis bunları söyləyib: "Hər iki komanda istəkli idi. İlk oyun olmasına baxmayaraq, hər iki tərəfdə istək var idi. İlk oyun olduğuna görə bəzi şeylər alınmırdı. Əsas olan oyundan çox futbolçuların yüklənmələri idi. Bu yüklənməni ala bildik. Getdikcə futbolçuların qazandığı vaxt da artacaq. Get-gedə daha çox çalışacağıq ki, yeni mövsümün ilk turuna qədər tam formada ola bilək".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR