Bilbao olmasın, Sevilya olsun

Bilbao olmasın, Sevilya olsun

Avropa çempionatının ev sahibliyi Bilbaodan Sevilyaya keçir.

Sport7.az xəbər verir ki, bu barədə "Reuters” agentliyi məlumat yayıb. Azarkeşlərlə bağlı təminat vermədiyi üçün ev sahibliyi əlindən alınan Bilbaonun əvəzinə AVRO-2020 matçlarının Sevilyada baş tutacağı bildirilib.
 
UEFA turnirə təşkilatçılıq edəcək bütün şəhərlərin yekun siyahısını bu gün açıqlayacaq. Sankt-Peterburq, Amsterdam, Bakı, Budapeşt, Buxarest, Qlazqo, Kopenhagen, London və Roma oyunları tamaşaçı ilə qəbul etməyə hazır olduqlarını təsdiqləyib. Münhen və Dublinin taleyi isə sual altındadır.

AVRO-2020-nin oyunları 11 iyun - 11 iyul tarixlərində keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR