Boksçumuz Avropa birinciliyində bürünc medalı təmin etdi

Boksçumuz Avropa birinciliyində bürünc medalı təmin etdi

Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsinin döyüşləri keçirilib.
 
Sport7.az xəbər verir ki, Azərbaycan millisinin 1 üzvü yarımfinala vəsiqə qazanıb. 1/8 finalda ukraynalı Arseni Oniyenkonu məğlub edən Məhəmmədəli Qasımzadə (54 kq) ikinci görüşünü də qalib kimi bitirib. O, Fyodor Kamanin (Estoniya) üzərində 5:0 (30:25, 30:25, 30:24, 30:25, 30:25) hesabı ilə qələbə qazanıb. Qasımzadə yarımfinala yüksəlməklə yanaşı, özü üçün azı bürünc medalı da təmin edib.

Onun finala gedən yolda rəqibi rumıniyalı Daniel Girleanu olacaq. Döyüş iyulun 9-da baş tutacaq.

Komandamızın digər boksçularından Kənan Babayev (48 kq) Malik Saqaypova (Rusiya), Fərhad Şeydayev (63 kq) Adham Kayoufa (İsrail), Ziya Həsənov (66 kq) Mehman Namazova (Gürcüstan) və Eldar Əsədli (+80 kq) Aleksandr Zelinskiyə (Ukrayna) məğlub olub.

30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR