Boksçumuz Avropa çempionatında bürünc medal qazanıb

Boksçumuz Avropa çempionatında bürünc medal qazanıb

İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilib.
 
Sport7.az xəbər verir ki, 41 ölkənin qatıldığı yarışın altıncı günündə Azərbaycan millisinin 1 idmançısı final uğrunda mübarizə aparıb.

Ardıcıl olaraq Uça Jorjolianiyə (Gürcüstan), Maqomed Şamsayevə (Rusiya) və David Gevorqyana (Almaniya) qalib gələn Ruslan Rüstəmov 1/2 finalda israilli Ahmad Ştivi ilə üz-üzə gəlib. 64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz bu dəfə uğurlu seriyanı davam etdirə bilməyib və finala rəqib yüksəlib. Nəticədə Rüstəmov Avropa çempionatını bürünc medalla başa vurub.

Yarışda final görüşləri iyunun 24-də olacaq. 320 min mükafat fondu olan çempionatın qalibi 8 min, gümüş medalçısı 4 min, 3-cü yerin sahiblərinin hərəsi 2 min dollar qazanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR