"Boluspor"un qələbəsinə Araz Abdullayev töhfəsi - VİDEO

Türkiyə 1-ci liqasında 34-cü turun oyunlarına start verilib.

Sport7.az xəbər verir ki, həmyerlimiz Araz Abdullayevin formasını geyindiyi "Boluspor” da meydana çıxıb. Abdullayevin komandası doğma meydanda "Eskişehirspor"u qəbul edib. Matç Bolu təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Abdullayev bu görüşdə dubla imza atıb. Start heyətdə meydana çıxan və sona kimi oynayan 29 yaşlı yarımmüdafiəçi 17 və 56-cı dəqiqələrdə fərqlənib. Bu, yarımmüdafiəçinin Türkiyə klubundakı ilk qolları olub.  

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR